Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev:”Onu saxlaya bilmədik, gücümüz çatmadı” – ÖZƏL
Azərbaycan Premyer Liqası sona çatdıqdan dərhal sonra klublarımızın kimləri transfer edəcəyi ilə bağlı mətbuatda müxtəlif xəbərlər dərc olunmağa başladı. Çempionatı 5-ci sırada başa vuran "Kəpəz” haqqında isə yalnız klubu tərk edən futbolçularla bağlı məlumatlar işıq üzü gördü. Bununla bağlı Sportfm.az saytı Gəncə klubunun baş məşqçisi Şahin Diniyevun fikirlərini öyrənmək qərarına gəldi:
"Heyəti xeyli sayda futbolçunun tərk etməsi məncə normaldır. Biz turnir cədvəlində 5-ci sırada qərarlaşdıq. Gedənlərdən Dario Federiko hansısa Yaponiya klubundan ciddi təklif almışdı, onu saxlaya bilmədik, gücümüz çatmadı. Braziliyalı iki il bizə canla-başla xidmət etdi. Tural Axundov ailəsi ilə bağlı bizə müraciət etdi, getmək istədiyini bildirdi. Axundov kapitan olmaqla yanaşı, mənim "sağ əlim” idi. Komandanı tərk edən digər futbolçulara təşəkkür edirəm, onlardan bəziləri potensialını aça bilmədi. Həyat dəvam edir”.
Təcrübəli mütəxəssis kluba dəvət ediləcək yeni futbolçularla bağlı məlumat da verdi:”Yeni gələnlər mütləq olacaq, bu yöndə işlər gedir. "Kəpəz”ə cəlb ediləcək legionerlərlə bağlı qərarı mayın 20-də açıqlayacağıq”.
Qeyd edək ki, mövsümün bitimində "Kəpəz"i 8 futbolçu tərk edib.
Oxşar xəbərlər
Legionerlər Gəncəni tərk etdi
"Formasını qürurla daşıdığım "Qarabağ"ı tərk etdim" - ÖZƏL
"Kəpəz"i tərk edəcək ilk futbolçunun adı məlum oldu - ÖZƏL
"Kəpəz"də böyük dəyişikliklər olacaq - ÖZƏL
“Kəpəz”in adından istifadə edib, futbolçu dəvət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası