Kubokun finalından sonra qanlı olay – ÖZƏL FOTOLAR
Azərbaycan Kubokunun final görüşündə "Qarabağ” komandası "Neftçi”ni görüşün əlavə vaxtında 1-0 hesabı ilə məğlub edərək, mövsümü iki titulla başa vurub.
Sportfm.az xəbər verir ki, komanda üzvlərinin mükafatlandırma mərasimi zamanı yaranan izdiham qanlı olayla başa çatıb. Belə ki, oyun boyu öz sevimli komandasını çılğınca dəstəkləyən "İmarət” fanat qrupunun üzvlərindən polislə toqquşma nəticəsində xəsarət alanlar olub. Fan-qrupun üzvü olduğu bildirilən 20-25 yaşlarında gənc pilləkənlərdən yıxılaraq, ayağı sınıb. İlkin tibbi yardımdan sonra gənc xəstəxanaya aparılıb. "İmarət”in bəzi fanatlarıda, onların bildirdiklərinə görə, polisin bibər qazı ilə müdaxiləsindən sonra tibbi yardıma ehtiyac duyub. FOTOLAR: SPORTFM.AZ


Oxşar xəbərlər
Burnu sınan Mbappe matçlarda oynaya bilməyəcək
Gənc futbolçu meydanda infarkt keçirdi - Olay
"Qarabağ" "İmarət"in 10 yaşını təbrik etdi - FOTO
Oyun zamanı hakimin ayağı sındı - VİDEO
4-cü Divizionun matçına 30 min azarkeş gəldi, qan töküldü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası