Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Özbəkistanla qarşılaşacaq
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Özbəkistanda təlim-məşq toplanışı başlayıb. Sportfm.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz 2 yoldaşlıq görüşü keçirəcək.
Komandamız hər iki qarşılaşmada meydan sahiblərinin U-19 yığması ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci matç isə mayın 5-də baş tutacaq.
Vüqar Məmmədli toplanışda Günay İsmayılova, Roza Quliyeva, Rövşanə Sərdarlı (hər üçü "Fidan”), Nigar Abdulova, Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Aynur Zeynalova (hamısı "Təhsil”), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi Sumqayıt), Cəmilə Hüseynova ("Məşəl”), Nino Qurqenidze ("Martve”, Kutaisi, Gürcüstan), Firəngiz Teymurova, Muazzez Yagmur Ozkumru (hər ikisi "Konak Bellediyespor”, İzmir, Türkiyə), Kristina Bakarandze, Manə Mollayeva, Leyli Qurbanova, İlahə Nuriyeva (hamısı Zaqatala), Diana Məmmədova ("Krasnoyarsk”, Rusiya) və Ülkü Özdemiri ("Montabaur”, Almaniya) sınaqdan çıxaracaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
"Keşlə"nin futbolçuları milliyə dəvət olundu
Türklərin, gürcülərin ümidinə qalan yığmamız toplanır
Milli komandamız Kiyevdə toplanacaq
Taş və Özdemir yığmamızla Minskə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası