reklam
Mourinyo Avropa Liqasının medalını azarkeşə atdı -
Sportfm.az xəbər saytı

Mourinyo Avropa Liqasının medalını azarkeşə atdı -VİDEO


“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya uduzduqdan sonra (1:1, penaltilərdə 1:4) mükafatlandırma mərasimində aldığı medalı tribunadakı azarkeşlərdən birinə atıb.

Sportfm.az xəbər verir ki, bu məğlubiyyət Mourinyonun UEFA Super Kuboku istisna olmaqla, Avrokubok finalında ilk məğlubiyyəti olub. Bundan əvvəl portuqaliyalı mütəxəssis ardıcıl beş həlledici görüşdə qalib gəlib.

Qeyd edək ki, İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klublarının qarşılaşdığı Avropa Liqasının 2023/2024 mövsümünün final oyunu başa çatıb. Penaltilər seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

“Sevilya” ilə bağlı rüşvət iddiası
Mourinyoya qarşı intizam işi açıldı
Dibala “Roma”da tarix yazdı - UĞUR
Bu gün qalib müəyyənləşəcək - Avropa Liqası
“Roma” və “Sevilya” finalda üz-üzə gələcək - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər