reklam
14 futbolçu “Arsenal”ı tərk edəcək -
Sportfm.az xəbər saytı

14 futbolçu “Arsenal”ı tərk edəcək -Heyət yenilənəcək


“Arsenal” 2022/23 mövsümü sona çatdıqdan sonra heyətini yeniləmək fikrindədir.

Sportfm.az xəbər verir ki, paytaxt klubu 14 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Komandanı adları aşağıda qeyd olunan oyunçular tərk edə bilər:

Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emili Smit-Rou, Nikolas Pepe, Ensli Meytlend-Naylz, Kiran Tirni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nuno Tavares, Sedrik Soareş.

“Topçular” hazırda Premyer Liqanın turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Onlar ölkə çempionatının 37-ci turunda “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Oxşar xəbərlər

“Mançester Siti”nin mükafat fondu – 2,3 milyon
Premyer Liqa klubunda yeni baş məşqçi - Müqavilə
"Mançester Siti" "Arsenal"ı 4 qolla məğlub etdi - Premyer Liqa
“Arsenal” 4 futbolçusu ilə bağlı qərar verdi – RƏSMİ
Premyer Liqanın ən yaxşı məşqçisi məlum oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər