reklam
Uzun illərdən sonra doğma şəhərlərində ilk oyuna çıxdılar! - FOTO
Sportfm.az xəbər saytı

Uzun illərdən sonra doğma şəhərlərində ilk oyuna çıxdılar! - FOTO


Suriyanın Hələb şəhərinin hökumət qüvvələri tərəfindən azad olunmasından sonra ilk futbol matçı keçirilib. 
Sportfm.az saytı xəbər verir ki, Suriya Premyer Liqasının ilk turu çərçivəsində baş tutan oyunda yerli "Əl İttihad"la, Dəməşq klubu "Əl Caiş" qarşı-qarşıya gəlib. Silahlı qüvvələrin nəzarəti altında keçən görüşdə hesab açılmayıb. Yerli klub rəqibi öz doğma stadionunda qəbul etməyib. Belə ki, "Əl İttihad"ın doğma stadionu sayılan "Aleppo İnternational Stadium" cəbhə xəttinə çox yaxın yerdədir. 
Qeyd edək ki, ölkədə vətəndaş müharibəsi başlayandan Hələb komandası bütün görüşlərini səfərdə keçirməyə məcbur idi. 
 
 

Oxşar xəbərlər

Kante “Əl-İttihad”a keçdi – RƏSMİ
“Kasımpaşa” minimal hesabla məğlub oldu
Biliç vəzifəsindən göndərildi
İdman jurnalistləri yoldaşlıq matçı keçirdi - FOTO
"Qarabağ"ın rəqibləri qələbə qazana bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər