Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları bəlli olub.
Sportfm.az xəbər verir ki, İspaniyada "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.
İtaliyada "Milan" və "İnter" komandalarının dueli isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.
Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" qarşılaşması mayın 9-da, "Milan" - "İnter" matçı mayın 10-da gerçəkləşəcək.
Oxşar xəbərlər
Final oyunlarının hakim təyinatları - Çempionlar Liqası
“Real” “Mançester Siti” ilə üz-üzə - Çempionlar Liqası
"Mançester Siti" - "Bavariya" matçını Xesus Gil idarə edəcək
"Real Madrid" "Çelsi"yə qarşı - Çempionlar Liqası
Bakıda keçiriləcək final matçının hakimləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası