MOK rəsmisi seminara qatılıb
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev İndoneziyadakı Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin 2-ci seminarına qatılıb.
Sportfm.az xəbər verir ki, hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin, açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletərin qeydiyyatı, yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətiriblər.
Missiya rəhbərlərinin yarış öncəsi planlaşdırmaları və əməliyyatların bütün aspektləri, eləcə də, Bali-2023 barədə ən son məlumatlarla tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.
Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi etdiyi qlobal çox idmanlı tədbirdir. Doha-2019-da Azərbaycanı 7 idmançı təmsil edib. Azərbaycan komandası çimərlik oyunlarında 5 medal (4 gümüş, 1 bürünc) qazanıb.
Qeyd edək ki, Dünya Çimərlik Oyunları 5-12 avqust tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
AMADA Milli Olimpiya Komitəsində “Bali-2023” ilə bağlı idmançılar ilə görüşdü
Dünya Çimərlik Oyunlarının tarixi açıqlandı - 2023-cü il
Azərbaycan nümayəndə heyəti ANOC-un iclasında iştirak edəcək
Azərbaycanı Avropa Oyunlarında 80 idmançı təmsil edəcək
İslam Oyunları üçün Bakıya toplaşırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası