reklam
İranlı futzalçı Azərbaycana geri döndü - EKSKLÜZİV
Sportfm.az xəbər saytı

İranlı futzalçı Azərbaycana geri döndü - EKSKLÜZİV


Futzal üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Marafon” klubu daha bir legioner oyunçu transfer edib. Sportfm.az saytının verdiyi məlumata görə, bu bir zamanlar ölkəmizdə çıxış edən iranlı Ali Asghardır. 28 yaşlı futzalçı əvvəllər "Xəzər Adaları” komandasının şərəfini qoruyub. Son klubu Tacikistanın "Siper” FK-sı olan Ali saytımıza açıqlamasında hədəflərindən danışıb:”Azərbaycan çempionatı mənə yaxından tanışdır. Burada çıxış etdiyim dönəmdə "Neftçi” ilə keçirdiyimiz çətin kubok görüşlərini indi də xatırlayıram. Burada artıq 2 iranlı futzalçı(Mehdipur Kəsra, Hamed Xudayi) forma geyinir, onlarla birgə komandamızın Yüksək Liqaya çıxması üçün bütün gücümüzü səfərbər edəcəyik. Rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Bizə yalnız oynamaq qalır".

Qeyd edək ki, İranda "Mobili-Kərimi” klubunda oynamış Ali Asghar "Xəzər Adaları”nın heyətində 17 qol vurub.


Oxşar xəbərlər

Millinin üzvü “Araz-Naxçıvan”da
Naxçıvan klubunda braziliyalı oyunçu
"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" - Elyas Barati
"Bizdə 13 yaşlıların futzal çempionatı keçirilir..." - VİDEO
İran yığmasının üzvləri Azərbaycan 1-ci liqasında...EKSKLÜZİV - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər