Niyə Musa Xviça ola bilməz!!! -Diqqət
Son günlər ölkə idman mətbuatında Musa Qurbanlı ilə bağlı xəbərlərə geniş yer verilir. Təbii ki, bu başa düşüləndi. "Qarabağ" klubu öz piarı üçün(ehtiyacı varmı?) bir çox saytlarla reklam əməkdaşlığı edir və təbii ki, verdiyi pulların da qarşılığını almaq istəyir. Mövzudan yayınmayaq. Təbii ki, gənc və perspektivli, Premyer Liqamızın bombardiri(hansı çempionatın?) Musa Qurbanlı haqqında xarici mətbuatda yazıların dərc edilməsi çox gözəldir. Demək ki, Musa öz oyunu ilə kimlərinsə diqqətini çəkə bilib. Amma, bəzi futbolsevərlərin, jurnalistlərin və saytların Musanı "Napoli"nin gürcü hücumçusu Xviça Kvaratsxeliya ilə müqayisə etməsi gülüncdür. Gürcü vunderkind "Napoli"nin heyətində, dünyada taktiki cəhətdən ən savadlı komandaların çıxış etdiyi, keçilməz müdafiəçi ilə tanınan İtaliya A Seriyasında top klublara fantastik qollar vurur. Musa isə "Qarabağ"ın hər il çempion olduğu alayarımçıq Azərbaycan çempionatında həvəskar səviyyədə olan "Səbail"in qapısına yol tapır. Bunlar fərqli-fərqli şeylərdi. Vaxtilə Mahir Emrelini də belə "raskrutka" etmişdilər, sonradan məlum oldu ki, onun səviyyəsi ortabab Türkiyə klubudu, o da tab gətirsə. Təbii ki, Musa yaxşı hücumçudu, xarici klubların birində legioner həyatı da yaşaya bilər, ancaq bu "Qızıl top"a namizədlər sırasında yer alan böyük potensiala malik Xviça olmaq üçün yetərli deyil...
Oxşar xəbərlər
Musa Qurbanlı komandası 1/4 finalına yüksəldi
Musa Qurbanlı burada qollar vurmağa hazırdır" - Maqnus Eriksson
Musa Qurbanlı dubl etdi - İsveç çempionatı
İlk oyunda üzülən Musa: Daha güclü qayıdacağıq
"Musa ilə bağlı hər hansı müraciət olmayıb" - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası