reklam
Futbolçularımızın komandası evdə xal itirdi
Sportfm.az xəbər saytı

Futbolçularımızın komandası evdə xal itirdi


Latviya çempionatında 5-ci turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Valmiera” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətdə meydana çıxan Ramin 78-ci dəqiqədə əvəzlənib. Nazim isə sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Oxşar xəbərlər

Ramin Latviyada qol vurdu, komandası qalib gəldi
Azərbaycanlı futbolçuların komandası qələbəyə sevindi - Latviya çempionatı
Biri oynadı, biri yox...
Ramin Nəsirli Latviyada qol vurdu
“Turan”ın və “Neftçi”nin futbolçuları Latviyada debüt etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər