Kadi Borges Premyer Liqanın ən yaxşılarını açıqladı
“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasında ən yaxşı hesab etdiyi futbolçuların adlarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu həmçinin, Rusiya çempinatının səviyyəsi haqda danışıb:
“Çempionatın səviyyəsi çox yüksəkdir. Mən Rusiya Premyer Liqasındakı güclü futbolçulardan Malkolmu, Klaudinyonu (hər ikisi "Zenit") qeyd edərdim. Onlar Braziliyada oynayanda da fərqli idilər. Eduard Spertsyan ("Krasnodar") hələ çox gənc olsa da, artıq böyük zirvələrə çatmaq formasındadır.
Kvinsi Promes ("Spartak") çox güclü oyunçudur. Hətta Rusiyaya gəlməmişdən əvvəl mən onun oyununu izləyirdim və yaxşı futbolçu olduğunu görürdüm”.
Qeyd edək ki, bu ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a keçən Kadi bu komandada meydana çıxdığı 4 oyunda 3 qol vurub.
Oxşar xəbərlər
Kadi əməliyyat olundu
Kadi üçün mövsüm bitdi
Kadi Rusiya Premyer Liqasında "dubl" etdi Rusiya Premyer Liqası
Rusiya klubu Kadi transferini açıqladı
Kadi Borges “Qarabağ”dan ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası