Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Amil Ağacanov:”Özümüz işimizi çətinə saldıq” - ÖZƏL
Birinci Divizionun son matçlarında uğursuz çıxışı ilə yadda qalan "Zaqatala” klubunun əsas qapıçısı Amil Ağacanov Sportfm.az saytına maraqlı açıqlamalar verib. "Çərçivə qoruyucusu” Birinci Divizionu Premyer Liqa ilə müqayisə etməyi də unutmayıb:
"2004-cü ildə Premyer Liqada debüt etdim, bu mövsümün əvvəlində isə Birinci Divizionda çıxış etməyi qərara aldım. Burada elə oyunlar var ki, Premyer Liqa görüşlərindən baxımlı və sürətli keçir. Ən əsası komanda sayı çoxdur. Düşünürəm ki, Premyer Liqada oynamaq daha asandır. Komandamız lazımsız yerə çox xallar itirdi, ona görə ilk iki yerdən birini tuta bilmədik. Mən günahı futbolçularda görürəm. Özümüz işimizi çətinə saldıq. Hələ ki, buradayam və ancaq "Zaqatala”nı fikirləşirəm. Mövsümün bitimində isə nə olacağını deyə bilmərəm”.
Qolkiper legioner həyatı yaşamaq üçün cəhd etdiyini də bildirib:
"Əvvəllər xaricə yollanmaq istəmişəm. 2008-ci ildə ölkə hüdudlarından kənara çıxmaq istəyirdim. Açığı özümü sınamaq fikrində idim, ancaq alınmadı. Azərbaycanda güclü futbol menecerlərinin yoxluğu öz sözünü deyir”.
Oxşar xəbərlər
"Qəbələ"də yeni məşqçi - Təyinat
“Birinci divizionu ləğv edək, ayrılan pulla futbol məktəbləri açaq” - Musa Qurbanov
Birinci Divizion klubu təcrübəli qapıçı ilə müqavilə bağladı
Azərbaycanda daha bir klub dağılır - ÖZƏL
Futzal çempionatımızda neçə komanda iştirak edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası