Taekvondoçularımız lisenziya xarakterli turnirə qatılacaqlar
Azərbaycan taekvondo millisi aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək 3-cü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.
Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.
Bu gün Rumıniyaya yollanan taekvondoçular aprelin 10-da Bakıya qayıdacaqlar.
Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər.
Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
Oxşar xəbərlər
Millimizdə yeni baş məşqçi
Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Avropa Oyunlarına lisenziya qazandılar - FOTO
Avropa çempionatı üçün heyəti açıqlandı
Millimizin heyəti açıqlandı - Avropa təsnifat turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA bu klublara cəza verdi - Qərar
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Millimiz evdə Lixtenşteynə qalib gələ billmədi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü















Misli Premyer Liqası