"Qalatasaray" 1957-ci ildə Bakıya nə üçün gəlib? -VİDEO
"Qalatasaray"ın basketbol komandası 1957-ci ildə Bakıda olub.
Sportfm.az xəbər verir ki, bu barədə Müsəllim Həsənovun müəllifi və aparıcısı olduğu "XX Yüzillik: Faktlar, hadisələr və insanlar" verilişində məlumat gedib.
Düzdür, qısa süjetdə səhvən Türkiyə millisinin Bakıya gəldiyi vurğulansa da, əslində o vaxt Azərbaycana yoldaşlıq matçı üçün gələn komanda "Qalatasaray" olub. Hətta orada "Qalatasaray"ın İcraiyyə Komitəsinin yeni baş katibi, FIFA İcraiyyə Komitəsinə üzv olan ilk türkiyəli, 2012-ci ildə dünyasını dəyişmiş Necdət Çobanlı Bakıda nitq ilə çıxış edib.
Maraqlıdır ki, oyun qapalı məkanda yox, açıq havada – o vaxt Stalinin adına adlandırılan indiki Respublika stadionunda keçirilib. Qarşılaşmadan Bakı komandası 45:35 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, məhz o vaxt Azərbaycan SSR və Türkiyə arasında yaranan istiliyin bariz nümunəsi olaraq 3 il sonra "Neftçi" və "Qalatasaray"ın futbol komandaları arasında da eyni məkanda daha bir yoldaşlıq matçı keçirilib. Həmin görüşdə də "Neftçi" 3:1 qalib gəlib.(prosport.az)
Oxşar xəbərlər
"Qarabağ" - "Qalatasaray" oyununun biletləri satışa çıxarılır - Vaxt açıqlandı
"Qalatasaray" Bakıda - FOTO
"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir - 23-ü futbolçudur
“Neftçi”nin “Qalatasaray”la tarixi oyunları: “Şövkət Ələkbərova türk futbolçulara mahnı oxumuşdu”
"Qalatasaray"ın Bakıya gələcəyi gün məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası