reklam
İspaniya Norveçə şans tanımadı -
Sportfm.az xəbər saytı

İspaniya Norveçə şans tanımadı -Avro-2024-ün seçmə mərhələsi


AVRO-2024-ün seçmə qrup mərhələsində ilk turun son oyun günündə 4 qarşılaşma arxada qalıb. 

Sportfm.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi Ermənistanın qonağı olub. Prinsipial matç "ay-ulduzlular"ın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 10-cu dəqiqədə qonaq komandadan Ozan Kabak topu öz qapısına göndıərməklə açıb. 

35-ci dəqiqədə Orkun Kökçü Türkiyə millisinin bərabərlik, 64-cü dəqiqədə isə Kerem Aktürkoğlu qələbə topunu vurub.  

I qrupunda İsvrçrə millisi səfərdə Belarusu darmadağın edib. 5 qoldan 3-nü Renato Şteffen vurub. Kosovo isə İsraildə heç-heçəyə nail olub - 1:1. 

Qeyd edək ki, daha əvvəl Şotlandiya Kosovonu darmadağın edib - 3:0. 

Digər nəticələrlə tanış olun.   

AVRO-2024, seçmə mərhələ

I tur

A qrupu

18:00. Şotlandiya - Kipr - 3:0

Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

23:45. İspaniya - Norveç - 3:0 

Qollar: Dani Olmo, 13. Xoselu, 84; 85

D qrupu

21:00. Ermənistan - Türkiyə - 1:2

Qollar: Ozan Kabak, 10 (öz qapısına) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64

23:45. Xorvatiya - Uels - 1:1

Qollar: Andrey Kramariç, 28 - Natan Broudhed, 90+3

I qrupu

21:00. Belarus - İsveçrə - 0:5

Qollar: Renato Şteffen, 4; 17; 29; Qranit Caka, 62. Zeki Amduni, 65

21:00. İsrail - Kosovo - 1:1

Qollar: Eli Dasa, 36 (öz qapısına); Milot Raşitsa, 49

23:45. Andorra - Rumıniya - 0:2

Qollar: Dennis Man, 35. Denis Alibek, 49

 

Oxşar xəbərlər

Türkiyə yığması Avropa Çempionatında
Türkiyə Xorvatiyanı səfərdə məğlub etdi - AVRO-2024
İtaliya Ukraynaya qalib gəldi - AVRO-2024
Türkiyə evdə, İspaniya səfərdə uduzdu - AVRO-2024
Türklər haylara dərs keçdi - Avro-2024-ün seçmə mərhələsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər