Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mourinyo qərarını verdi -müqaviləsini uzadır
Portuqaliyalı baş məşqçi Joze Mourinyo İtaliyanın "Roma" klubu ilə müqaviləni uzatmaq qərarına gəlib.
Sportfm.az xəbər verir ki, 60 yaşlı mütəxəssis yaxın zamanlarda yeni sözləşmə imzalamağı planlaşdırır.
Mourinyo "canavarlar"ın rəhbərliyindən komandanın inkişafı üçün zəmanət almaq niyyətindədir. O, təcrübəli mərkəz hücumçusu, müdafiəçi və yarımmüdafiəçi alınmasını istəyir.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən paytaxt təmsilçisində işləyir. Onun hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir. Təcrübəli baş məşqçi ötən il "Roma" ilə UEFA Konfrans Liqasının qalibi olub.
Oxşar xəbərlər
Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib etdi
Bu dəfə onu parislilər hədəf aldı
"Müqavilələr ən önəmli şey deyil" - Joze Mourinyo
Mourinyo millinin təklifini rədd etdi
Mourinyo "Roma"da - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası