reklam
El-Klasikoda kataloniyalılar qalib gəldi -
Sportfm.az xəbər saytı

El-Klasikoda kataloniyalılar qalib gəldi -LA LİQA


İspaniya La Liqasında XXVI turaun son görüşü El-Klasikoya təsadüf edib.

Sportfm.az xəbər verir ki, “Barselona” “Real Madrid”lə qarşılaşmada əzmkar qələbə qazanıb.

“Nou Kamp”da keçirilən görüşdə ilk qolu kataloniyalıların müdafiəçisi Ronald Arauxo 9-cu dəqiqədə avtoqolla vurub. Bu, həm də XXI əsrdə İspaniya çempionatları çərçivəsində keçirilən El Klasikolarda ilk avtoqol kimi tarixə düşüb.

Lakin meydan sahibləri fasilə ərəfəsində hesaba tarazlıq gətiriblər. Serxi Roberto 45-ci dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə fərqlənib. İkinci hissəsi gərgin keçən qarşılaşmada həlledici qol 90+2-ci dəqiqədə vurulub. Sürətli qurulan əks-hücumu Frank Kessye məntiqi sonluğa çatdırmağı bacarıb. Bu, “Barselona”ya 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 68-ə çatdıran “Barselona” liderliyini bir qədər də möhkəmlədib. Xavi Ernandesin kollektivi ikinci sıradakı “Real Madrid”lə aradakı xal fərqini 12-yə yüksəldərək, çempionluğa bir addım da yaxınlaşıb.

Oxşar xəbərlər

"El-Klasiko"da qonaqlardan qol şousu - VİDEO
"Atletiko" - "Real Madrid" oyununda bərabərlik - La Liqa
El-Klassikoda qalib gələn tərəf madridlilərdir
Kral klubu Bilbaoda yenə xal itirdi
"El-Klasiko"da "Barselona" sevindi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər