reklam
Futzal millisi 21 xal itirdi -
Sportfm.az xəbər saytı

Futzal millisi 21 xal itirdi -Dünya reytinqi


Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib.

Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın kollektivinin xalı 1384-dən 1363-ə enib.

Bunda yığmanın dünya çempionatının əsas mərhələsində Polşaya (2:7) məğlubiyyəti əsas rol oynayıb. Komanda martın 3-də Bakıda Yunanıstana 5:2 hesabı ilə qalib gəlsə də, dörd gün sonra Polşa səfərində bu uğuru davam etdirə bilməyib.

Xal itkisinə baxmayaraq, milli reytinqdə 14-cü pillədəki mövqeyini qoruyub.

Siyahıya ötən reytinqdə olduğu kimi, Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1796 xala malikdir. İspaniya (1772) ikinci, Portuqaliya (1753) isə üçüncü sıradakı yerini qoruyub.

Oxşar xəbərlər

Azərbaycan millisi 1 pillə gerilədi - Dünya reytinqi
Futzal yığmamız mövqeyini qorudu - Dünya reytinqi
Futzal millimiz qələbə ilə başladı - Dünya çempionatı
Azərbaycan millisinin mövqeyi dəyişmədi - FIFA reytinqi
Millimiz beynəlxalq reytinq cədvəlindəki mövqeyini qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər