AFFA-nın baş qatmaq siyasəti davam edir -Çınqıllı stadionda açılış etdilər
Qalstuklu, vəzifəli, imkanlı kişilər burdan vurub gediblər Gədəbəyə ki, “Kəndlərdə idmanı inkişaf etdirək” adlı layihəni icra etsinlər, eyni zamanda ölkə başçısının kəndlərdə idmanın inkişafına dəstək göstərilməsi barədə verdiyi tapşırığa dəstək nümayiş etdirsinlər. Özləri isti kostyum, palto ilə kənarda 1-2 məlum söz və söz birləşmələrindən istifadə edib atəşli çıxışlar ediblər, uşaqlar da bu qışın günündə şortik-maykada əsə-əsə bunlara qulaq asıb. Sonra 5-10 dəqiqə dayanıb baxıblar, ordan da gedib Gədəbəyin ən bahalı restoranında babat yeyib-içib geri qayıdıblar. Cənablar, ölkə başçısının tapşırığına bu cür dəstək olmurlar. Ölkə başçısının tapşırığına işlə, əməllə dəstək olmaq lazımdır, görüntü ilə yox. Ayaq basıb dayandığınız məkanın adı stadiondu, reallıqda isə orda stadiondan heç nə qalmayıb. Futbolu inkişaf etdirmək üçün infrastruktur, şərait, baza olmalıdır. Yoxsa sizin dayandığınız daşlı-torpaqlı, otdan əsər-əlamət olmayan əyri-üyrü meydançada idman, idmançı inkişaf etmir. O boyda Gədəbəydə normal şəraiti olan bir meydança salmaq belə qəliz məsələdi? Qazonu, şəraiti, işıqlandırılması, isti-soyuq suyu, soyunub-geyinmə otaqları və s. Heç olmasa, bunların 50 faizini təşkil edin, sonra kəndlərdə idmanın inkişafı adı ilə səfərlərə çıxın...Anar Xanlarov

Oxşar xəbərlər
AFFA-nın 15 manatlıq "top oyunu" - MƏHV EDİLƏN GƏLƏCƏK
FİF “Kəpəz” üçün ianə kampaniyasına başladı
AFFA hədiyyə payladı - Məktəblilərə
Köhnə Mehdi Hüseynzadə adına stadiondan əsər-əlamət qalmayıb - FOTO
Səfirlik qış idman növlərinə dəstək verəcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası