“Sabah”ın baş məşqçisi hakimlərin cəzalanmasını istədi
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Çox məmnunam ki, bu cür çətin oyunda qələbə qazandıq. Mənim rəqibə çox böyük hörmətim var. Onların çox yaxşı qol imkanları var idi. Təmiz və səliqəli şəkildə oynadılar.
Samir Abasovla oyundan öncə hakimlər haqda danışırdıq. İstəyirsinizsə, bu barədə sizə də deyim. “Şamaxı” ilə oyunda penalti epizodumuz sayılmamışdı. Bu, hamımıza təsir etdi. Mənə vərəqə göstərilmişdi. Gəncədə olan oyunda da eyni hal baş verilmişdi. Hakimlər səhv edir, amma onlar cəzalanmır. Bu məqam nə qədər pis olsa da, davam edir.
Hakimlər oyuna çox təsir edə bilmirlər. “Sumqayıt” bu gün çox yaxşı oynayırdı. Hakim matçın tempini yüksəldə də bilər, aşağı da sala bilər”.
Oxşar xəbərlər
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
Murad Musayev puldan danışdı: "Qələbəyə görə olan mükafatı alacaqlar"
"Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm" - Ayxan Abbasov
“Biz buna imkan vermərik" - Samir Abasov
"Sevindirici haldır ki, qalib gəldik" - Rəşad Sadıqov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası