PFL prezidenti olmayan şeydən necə danışır?!
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam verildi. Bu sərəncamla Azərbaycanda futbol sanki yenidən doğuldu. Paytaxtla yanaşı, bölgələrdə klublar yaradıldı, bir çoxları bərpa edildi. Ölkəyə əcnəbi mütəxəssislər, futbolçular dəvət edildi ki, yekunda da onların təcrübəsi Azərbaycan futbol ailəsinin qurulmasında böyük rol oynadı. Qəbələdə, Lənkəranda, Yevlaxda, Zaqatalada, Tovuzda, İmişlidə və digər bölgələrimizdə futbol infrastrukturu quruldu. Nəticədə ölkəmizi sonralar avrokuboklarda da təmsil edəcək klubların heyətində bu bölgələrin gənclərini izləyə bildik. 2012-ci ildə ilk dəfə Azərbaycanın bir klubu - “Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Ardından “Qəbələ” və “Qarabağ” klubları bu uğuru təkrarladı" - bu sözlər PFL-in prezidenti Elxan Səmədova məxsusdu. O, bu açıqlamasını azərtac-a məxsusi müsahibəsində deyib. Bizə maraqlıdı, qurum prezidenti Lənkəranda, Yevlaxda, İmişlidə, lap elə Zaqatalada olan durumdan, dağılan infrastrukturdan xəbərdar deyil?! Səmədov hansı gənclərdən danışır, heç olmasa birinin adını çəkə bilər? Olmayan şeydən danışmaq da, yeni dəb düşüb. Bu dəbin də öndəgedəni deyəsən PFL olacaq.
Oxşar xəbərlər
Faiq Qarayevə orden verildi - Sərəncam
Ölkə prezidenti İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam verdi
"Vorskla" - "Qarabağ" FAKTLAR
Turun ilk oyunu Yevlaxda baş tutacaq
Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası