Kadinin xanımı Bakı ilə vidalaşdı -"Darıxacağıq, amma tez-tez ziyarətə gələcəyik"
“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Kadi Borgesin xanımı da Bakıdan ayrılıb.
Sportfm.az xəbər verir ki, Samara Qonsalves bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, “instaqram” hesabında Bakı ilə bu sözlərlə vidalaşıb:
“Bu gün həyatımda bir dövr bitir. Davam edəndə çox gözəl idi. Bakı həmişəlik qəlbimdə qalacaq. Ailəmə və mənə göstərilən qayğıya görə sizə təşəkkür etmək istəyirəm. Qızım bu gözəl şəhərdə doğulmaqdan həzz aldı və buna görə çox minnətdaram. Darıxacağıq, amma tez-tez ziyarətə gələcəyik. Kədərli, amma böyük sevinclə vidalaşıram. Çünki burada keçirdiyim anlar əbədi olaraq qalacaq. Məni yeni dövr gözləyir və buna görə də çox şadam.
Hər şeyə görə Allaha şükür olsun. Görüşənədək, Bakı!”
Kadi Borges qış transfer pəncərəsində “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunub.
Oxşar xəbərlər
Kadi əməliyyat olundu
“Qarabağ” 200 min avro xərcə düşəcək
Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi niyə “Qarabağ”ı atdı? - 10 dəfə çox qazanacaq
Kadi “Sumqayıt”la oyunu buraxacaq - Zədə səbəbindən
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası