Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Françesko Farioli Ruslan Abdullayevin taleyini yaşadı
Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.
Sportfm.az xəbər verir ki, "Alanyaspor" Françesko Farioli ilə yollarını ayırıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilir.
Qeyd edək ki, Françesko Farioli 2021-ci ilin dekabr ayından "Alanyaspor"u çalışdırırdı. Komanda 22 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Bir dönəm "Ərzurumspor"da baş məşqçi olan həmyerlimiz Ruslan Abdullayev də İstanbul klubuna məğlubiyyətdən sonra postundan getmişdi.
Oxşar xəbərlər
Superliqa klubunda ayrılıq - Müqaviləyə xitam verildi
"Ayrılanda bir-birimizə söz vermişdik ki, bir gün bura qayıdacağam" - Farioli
A seriyasında istefa - Baş məşqçi ayrılığı
Superliqa klubu 31 yaşlı italyana tapşırıldı - Türkiyə Super Liqası
Super Liqa klubunda yeni baş məşqçi - İtalyan mütəxəssislə anlaşdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası