Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngilis azarkeşlər Madriddə həb edildi
Sportfm.az xəbər verir ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin "Atletiko” ilə oyunu üçün Madridə gedən "Lester” azarkeşləri ilə polis arasında qarşıdurma yaranıb.
Dünən gecə Madridin "Mayor” meydanında toplaşan 70-ə yaxın "Lester” azarkeşi ətrafa zərər verib, asayişi pozmağa cəhd edib.
İspan polislərinin xəbərdarlığına məhəl qoymayan fanatlar onlara şüşə butulka atıblar. Hadisə nəticəsində 3-ü polis, 2-i azarkeş olmaqla 5 nəfər xəsarət alıb.
Polisin müdaxiləsindən sonra 8 azarkeşin həbs edildiyi açıqlanıb.
Xatırladaq ki, "Atletiko” - "Lester” oyunu bu gün saat 22:45-də start götürəcək.
Oxşar xəbərlər
“İnter” azarkeşləri ilə polis arasında qarşıdurma
Oyun ərəfəsində 140 nəfər həbs edildi
Fanatlar arasında toqquşma oldu: 200 nəfər saxlanıldı
Yarımfinal mərhələsində iki ispan komandası
Madriddə insident
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası