reklam
“Qarabağ” Belçikaya yola düşdü -
Sportfm.az xəbər saytı

“Qarabağ” Belçikaya yola düşdü -FOTOLAR


“Qarabağ” Belçikaya yola düşür. Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in qonağı olacaq ağdamlılar bu dəqiqələrdə səfər çıxır.

Sportfm.az xəbər verir ki, komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi reallaşacaq.

“Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 1:0.

 

Oxşar xəbərlər

"Qarabağ"ın Belçikaya səfər proqramı
“Qarabağ” sabah Fransaya yola düşür
“Qarabağ” Almaniyaya yola düşür
"Qarabağ" Çexiyaya yola düşdü - Cavab oyunu üçün
“Qarabağ”ın səfər proqramı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər