Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayev UEFA-nın diqqət mərkəzində
UEFA “Qarabağ”ın hücumçusu Ramil Şeydayevlə bağlı paylaşım edib.
Sportfm.az xəbər verir ki, Avropa Konfrans Liqasının sosial şəbəkə hesablarında 26 yaşlı hücumçunun bu mövsüm bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin sayı göstərilib.
16 dəfə rəqib qapılarına yol tapan təcrübəli forvard 5 məhsuldar ötürmə müəllifi də olub.
Xatırladaq ki, “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-da Belçikanın “Gent” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək.

Oxşar xəbərlər
“Gent” Bakıya yola düşdü - FOTO
Bakı metrosu 01:00-a kimi işləyəcək - Konfrans Liqası
Kamil “Gent”ə kömək edə bilməyəcək - İTKİ
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı açıqlandı - Konfrans Liqası
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası