Daha 3 futbolçu zəlzəldə həyatını itirdi
Qardaş ölkə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində daha 3 futbolçu dağıntılar altında qalaraq həlak olub.
Sportfm.az xəbər verir ki, bunlar iranlı futbolçular Mehdi Seyidavi, Məhəmməd Rza Mirəhmədi və Həmid Matrudidir. Onlar amputant futbol komandalarının üzvləri idilər. Sözügedən oyunçular zəlzələ zamanı Malatyadakı hotellərin birində olublar.
Futbolçuların nəşi dağıntılar altından çıxarılıb və vətənlərinə yola salınıb.
Xatırladaq ki. fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox insan həlak olub, 80 min nəfərdən çox şəxs yaralanıb. Daha əvvəl qadın futbolçulardan Verda Demetgülün, kişilərdən isə Hakan Doğan, Taner Kahriman, Saruhan Bolat, Ahmet Eyüp Türkaslan dağıntılar altında qalaraq həyatlarını itiriblər.
Oxşar xəbərlər
“Hatayspor” rəsmisi zəlzələdə ölüb
Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
Daha bir voleybolçu həyatını itirdi - ZƏLZƏLƏ
Türkiyə klubunun məşqçisi həlak oldu - Zəlzələ
Ahmet Eyüp Türkaslan həlak oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası