Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Atletimiz Azərbaycan bayrağı ilə Parisdə 42 kilometr qaçıb
Parisdə sayca 14-cü Beynəlxalq marafon baş tutub.
Sportfm.az xəbər verir ki, marafonda Azərbaycan da daxil olmaqla 145 ölkədən olan 57 min atlet iştirak edib.
Yarışda ölkəmizi Elşən Quliyev təmsil edib. O, 42 km 195 metr qaçaraq finiş xəttini keçib və medal qazanıb.
O, bütün məsafəni çiynində Azərbaycan bayrağı ilə qaçıb. Marafon qaçışı Yelisey bağlarından başlayaraq Triumf arfasının yanında başa çatıb. Marafonu 250 min insan müşahidə edib.
Keçən il E.Quliyev Bakıda və Moskvada marafonlarda iştirak edib. Aprelin 30-da o, yenidən Bakı, mayda isə Kiyevdə keçiriləcək marafonda iştirak etməyi planlaşdırır.
Oxşar xəbərlər
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu
“Bakı Marafonu 2022” başa çatdı - Qaliblər mükafatlandırıldı
“Bakı Marafonu 2019”a start verildi - FOTO
"400-dən çox könüllü heyəti xidmət göstərəcək" - Ayaz Əhmədov
“Bakı Marafonu 2017”nin açıq hava təlimi keçirilib – FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası