5 nəfər limitdə...
Misli Premyer Liqasının XXI turunun ikinci gününə "Zirə" - "Qəbələ" matçı ilə start veriləcək.
Sportfm.az xəbər verir ki, Zirə idman Kompleksinin stadionunda keçiriləcək matçda hər iki tərəfin heyətində ehtiyatla davranmalı olan futbolçular yer alıb.
Meydan sahibi "Zirə"nin iki üzvü sarı vərəqə limitinin bir addımlığında dayanıb. Qapıçı Anar Nəzirov 5, 6 və 9-cu turlarda sarı vərəqə ilə cəzalandırılıb. Hər nə qədər Mehdi Cənnətov "Zirə"nin "çərçivə"sini qorusa da, Nəzirovun sarı vərəqə limitinda olması komanda üçün heç də ürəkaçan hal deyil. Bundan başqa qəsəbə təmsilçisinin daha bir üzvü Dmitrios Çantakias da cəzanın astanasındadı. Yunanıstanlı müdafiəçi 15, 18 və 20-ci turlarda "sarı" alıb. Adıçəkilən oyunçular bu gün də sarı vərəqə ilə cəzalanacaları təqdirdə, baş məşqçi Rəşad Sadıqov növbəti tur "Səbail" səfərində bu oyunçuların xidmətindən yararlana bilməyəcək.
"Qəbələ"nin isə 3 futbolçusu cəzaya yaxınlaşıb. "Qırmızı-qaralar"ın heyətində iki müdafiəçi və bir yarımmüdafiəçi sarı vərəqə limitinə yaxınlaşıb. İlkin Qırtımov 6, 12 və 14, Məqsəd İsayev 4, 10 və 20, İsnik Alimi isə 3, 8 və 20-ci turlarda sarı vərəqə ilə cəzalandırılan futbolçulardır. "Zirə" oyunda bu futbolçuların alacağı daha bir "sarı" onları növbəti turda "Neftçi" ilə ev oyununda meydanda olmaqdan məhrum edəcək.
Oxşar xəbərlər
Murad Musayev ən çox vərəqə alan məşqçidir - Misli Premyer Liqası
"Turan" - "Sumqayıt": kimlər diqqətli olmalıdı!
"Sabah"ın 5 futbolçusu "təhlükəli zonada"
Premyer Liqanın intizamlı və intizamsız klubları
112 oyunda 81 qələbə, 31 heç-heçə - Premyer Liqamızın statistikası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası