Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu Almaniyada iki qol vurdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 4:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 20 və 24-cü (penaltidən) dəqiqədə vurduğu qollarla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Şalke” səfərdə uduzdu Regional Liqa
Dadaşovlu “Şalke” qələbə qazandı - Regional Liqa
Rüfət adından yenə söz etdirdi - 2 qol vurdu
Dadaşov qol vurdu, "Şalke" qələbə qazandı - Regional Liqa
Dadaşov yenə vurdu - Qərb Regional Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Qarabağ"dan Sefasın durumu bağlı açıqlama
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi















Misli Premyer Liqası