Milikin "Qarabağ"la oyunda geyindiyi forma hərracda
Polşa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Arkadiuş Milikin "Olimpik Marsel"in sıralarında Bakıda "Qarabağ"a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, futbolkanın başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır.
Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib. FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Marsel" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu Fransadakı matçda da rəqibinə uduzub - 1:3.
Oxşar xəbərlər
Bakıda bir imza üçün 370 manat - FOTO
"Qarabağ" mübarizəni dayandırdı - Konfrans Liqası
"Marsel"in "Qarabağ"la oyun üçün iştirak ərizəsi - SİYAHI
"Qarabağ" - "Marsel" oyununu polşalı hakimlərə tapşırıldı - Konfrans Liqası
Ronaldodan daha bir nümunəvi addım - Formasını xeyriyyə qurumuna bağışladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası