"Mançester Yunayted" bu oyunçuları ilə müqaviləni uzatdı
“Mançester Yunayted” futbolçuları Dioqo Dalo, Lyuk Şou, Fred və Markus Reşfordla müqaviləsini uzadıb.
Sportfm.az xəbər veri ki, bu barədə komandanın baş məşqçisi Erik ten Haq açıqlama verib. O deyib: “Bəli, mən bunu - yeni müqavilə imzaladığımızı təsdiq edə bilərəm. Biz xoşbəxtik, çünki komanda düzgün istiqamətdə irəliləyir və bu oyunçular böyük töhfə verirlər”.
Sözügedən oyunçuların müqavilələrindəki 2024-cü ilin yayına qədər davam edəcək bir illik müqavilənin uzadılması variantlarını aktivləşdirilib.
Qeyd edək ki, Reşford bu mövsüm İngiltərə klubunun heyətində 20 oyunda 9 qol vurub və 3 qolun ötürməsini verib. Şou 16 oyunda 2 qol ötürməsi ilə yadda qalıb. Dalo 20 görüşdə1 qola və 2 qol ötürməsinə imza atıb. Fredin isə 17 matçda bir qolu var.
Oxşar xəbərlər
Reşford bunu da bacardı - ardıcıl 6-cı oyun
Reşford dünyanın ən çox qazanan futbolçusu olacaq
"Mançester Yunayted"də yeni müdafiəçi - Transfer
Reşford rekorda imza atdı - Ronaldoya şərik oldu
"Barselona"ya imtina etdi, müqaviləsini uzatdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası