İntizam Komitəsinin qərarları -“Sabah” 3200 manat cərimə edildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Kəpəz” – “Sabah” oyununda “Sabah”ın 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. O, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.
“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
Oxşar xəbərlər
Birinci divizion klublarının cərimələri - Qərar
İntizam Komitəsinin qərarları - AFFA
AFFA İntizam Komitəsinin qərarları - Diniyevə ağır cəza
İntizam Komitəsinin qərarları - AFFA
I Divizionda cəzalar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası