Növbəti oyunların vaxtı bəlli oldu -Azərbaycan çempionatı
Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada 1-ci turun matçları keçiriləcək.
İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl” – UNEC duelinə start veriləcək.
Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada 1-ci turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq. Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.
Xatırladaq ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Oxşar xəbərlər
Növbəti oyunların vaxtı - Azərbaycan çempionatları
Növbəti oyunların vaxtı bilindi - Yüksək Liqa
Azərbaycan çempionatında II turun təqvimi
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları
Superliqada növbəti oyunların proqramı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Emrelinin komandasından ikinci qələbə
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa














Misli Premyer Liqası