reklam
Sportfm.az xəbər saytı

"Bavariya" millinin qapıçısını istəyir


Xorvatiya millisinin və "Dinamo"nun (Zaqreb) qapıçısı Dominik Livakoviç “Bavariya”ya keçə bilər.
Sportfm.az xəbər verir ki, Münhen təmsilçisi Manuel Noyerin zədələnməsindən sonra bütün diqqətini Livakoviçə yönəldib.

Almaniya nəhəngi üçün digər variant isə “Monako”da icarə əsasında oynayan Aleksandr Nübelin geri qayıtmasıdır.

Əgər, bu baş verməsə, qışda “Bavariya” “Dinamo”nun qapıçısını transfer etməyə çalışacaq.

27 yaşlı qapıçısı "Zadar"ın yetirməsidir. O, 2015-ci ildə “Zaqreb”dən “Dinamo”ya keçib. 

Oxşar xəbərlər

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd - SİYAHI
Xorvatlar heyətlərini açıqladı
Mövsümün rəmzi komandası - Avropa Liqası
Nübel Noyerin yanına gəldi
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər