Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol sevgisi onu iflic etdi -DƏHŞƏT
Çində Çao adlı futbol azarkeşi Qətərdə keçirilən dünya çempionatının oyunlarını fasiləsiz izlədiyi üçün iflic olub.
Sportfm.az xəbər verir ki, mundialın heç bir matçını qaçırmaq istəməməsi 26 yaşlı fanata baha başa gəlib.
İddiaya görə, o, qrup mərhələsinin görüşlərini gündə cəmi 2 saat yataraq izləyib. Çünki Çində qarşılaşmalar yerli vaxtla 18:00 - 06:00 saatları arasında başlayır. Çao oyunlara baxdıqdan sonra hər səhər saat 08:00-da işə gedirmiş.
Bir müddət sonra səhhətinin pisləşdiyini görən azarkeş həkimə müraciət edib və ona üz iflici diaqnozu qoyulub.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.
Oxşar xəbərlər
İlk oyunu Ekvador qazandı - DÇ-2022
Mane Dünya Çempionatında meydana çıxacaq
DÇ-2022-nin təqvimi açıqlandı
"Qarabağ" hər matçına 30 min azarkeş! - Avropa Liqası
Qələbəni matçda ölən fanata həsr etdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası