Futbol Tanrısı İspaniyanı cəzalandırdı -Mərakeş 1/4 finalda
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.
Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşıb. Argentinalı FİFA referisi Fernando Rapallininin idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən mərakeşlilər sürprizə imza ataraq 1/4 finala yüksəliblər.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.
Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
DÇ-2022, 1/8 final
6 dekabr
Mərakeş – İspaniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina).
“Edukeyşn Siti” stadionu.
Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aqerd, 6. Romen Saiss (k), 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 19. Yussef En-Nesiri, 7. Hakim Ziyeş.
İspaniya: 23. Unay Simon, 24. Emerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets (k), 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres.
23:00. Portuqaliya – İsveçrə
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
“Lusail” stadionu.
Oxşar xəbərlər
Portuqaliya isveçrəlilərə kabus yaşatdı və 1/4 finala adladı
Mərakeş - İspaniya - Start heyətlər
1/8 finala yekun vurulur - DÇ-2022
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı
İspanlar Kosta-Rikaya rəhm etmədi - Qətər 2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası