reklam
FİFA qərarını dəyişmədi -
Sportfm.az xəbər saytı

FİFA qərarını dəyişmədi -DÇ-2022


FİFA DÇ-2022-nin qrup mərhələsinin 3-ci turunda Polşa - Argentina oyununda (0:2) Polşanın qapısına təyin edilən penaltini qüvvədə saxlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Sözügedən görüşdə baş hakim Denni Makkeli Polşa millisinin qapıçısı Voyçex Şesninin argentinalı hücumçu Lionel Messiyə etdiyi kobudluğa görə Polşanın qapısına penlti təyin edib. Lionel Messi bu penaltini qola çevirə bilməyib.  Polşa millisi isə hakimin qərarından narazı qalıb. 

FİFA və hakimlər rəhbərliyi epizodu dəyərləndirib. Onlar Makkeliyə dəstək veriblər.

Qeyd edək ki, Argentina Polşaya qalib gəlməklə qrup lideri olub və 1/8 finala adlayıb. Polşa isə 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb. 

Oxşar xəbərlər

Argentina dünya çempionu oldu - DÇ- 2022
İspaniya Mərakeşlə, Yaponiya Xorvatiya ilə qarşılaşacaq - DÇ-2022
Polşa sürünə-sürünə 1/8 finala çıxdı - Dünya çempionatı
Argentina Polşaya qarşı - DÇ-2022
Argentina prezidenti və Maradonadan Messiyə dəstək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər