40 yaşlı Alfredo Talavera və 18 yaşlı Yussuf Mukoko
Noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatının ən yaşlı və ən gənc futbolçuları bəlli olub.
Sportfm.az xəbər verir ki, Meksika yığmasının 40 yaşlı qapıçısı Alfredo Talavera və Almaniya millisinin 18 yaşlı hücumçusu Yussuf Mukoko müvafiq olaraq ilk pillələrdə qərarlaşıb.
Mundialın ən yaşlı oyunçularının sıralamasında növbəti 4 yeri Kanadadan Atiba Hatçinson, Portuqaliyadan Pepe, Yaponiyadan Eydzi Kavasima və Braziliyadan Dani Alves bölüşdürür. Onların hər birinin 39 yaşı var.
Ən gənc futbolçuların siyahısında isə Avstraliyadan Qaranq Koul 2-ci, İspaniyadan Qavi 3-cü sırada yer alıb. Hər iki futbolçunun 18 yaşı olsa da, Koulun Mukoko ilə gün, Qavinin isə ay fərqi var.
Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.
Oxşar xəbərlər
"Çelsi" millinin gənc forvardını istəyir
Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI
Nuri Şahinin rekordu yeniləndi - Yussuf Mukoko
Almaniya klubunun hücumçusu tarixə düşdü - Çempionlar Liqası
15 yaşlı futbolçu iştirak ərizəsində - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası