Güləşçilərimiz reytinqin 1-cisi oldular
Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yunan-Roma güləşi üzrə yekun reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, millimizin 1️0 üzvü ili ilk "3-lük"də başa vurub. Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəkilərində reytinqi 1-ci yerdə tamamlayıblar. Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Murad Məmmədov (60 kq) 42500 xalla və Arif Niftullayev (97 kq) 44620 xalla 3-cü olub.
10 çəkidən 4️-ündə güləşçilərimiz reytinqin 1-cisi olub. Bu mənada ən yaxşı göstərici Azərbaycana məxsusdur. Türkiyənin 3, Qırğızıstan, Serbiya və Bolqarıstanın isə 1 idmançısı reytinqi zirvədə başa vurub.
Qeyd edək ki, UWW reytinqdə ilk pilləni tutanlara 5000, ikinci yeri tutanlara 3000, reytinqi 3-cü pillədə başa vuranlara isə 2000 dollar pul mükafatı təqdim edəcək.
Oxşar xəbərlər
9 idmançımız ilk 3-lükdə - Reytinq
Güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdu
Yığmanın heyəti açıqlandı - Dünya çempionatı
Güləşçilərimizin yeni reytinqi - 14 təmsilçimiz ilk "10-luq"da
Azərbaycan millisi 2 pillə gerilədi - FIFA reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası