Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA transfer qaydalarını dəyişir
UEFA son vaxtlar bir neçə elit klubun transfer bazarında hegemonluğundan narahatdır.
Sportfm.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Portuqaliyanın paytaxtı Lissabonda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu amil avrokuboklardakı rəqabətə təsir göstərir və kasıb ölkələrdə futbol liqalarının inkişafına mane olur. A.Çeferin bildirib ki, nisbətən kiçik futbol ölkələri skautların istedadlı oyunçuları gənc yaşlarından topladıqlarından, sonra isə icarələyə verərək, inkişaf etmələrini gözəldiklərindən şikayətlənirlər: "İndi UEFA-nın istifadə edəcəyi bütün mexanizmləri dəqiq deyə bilmərəm. Hələlik məsləhətləşmələr və öyrənilmə prosesi gedir. Ola bilsin ki, oyunçu sayı ilə bağlı sərt limit tətbiq olunsun və ya müəyyən oyunçu sayından əlavə transferı üçün vergi qoyulsun. Hazırkı transfer sisteminin mükəmməliyindən əmin deyilik. Belədirsə, mexanizmə dəyişiklik etməkdən çəkinməyəcəyik".
UEFA prezidenti indiki reallıqda nəhəng klubların üstün vəziyyətədə olduqlarını və digərlərinə inkişaf şansı qoymadıqlarını söyləyib. O, UEFA-nın buna yol verməyəcəyini qeyd edib: "Axı, UEFA-nın əsas vəzifəsi Avropa futbol ailəsinin bütün üzvlərinə inkişaf üçün normal şəraiti təmin etmək və şansları bərabərləşdirməkdir".
Oxşar xəbərlər
Aleksander Çeferin İlham Əliyevi təbrik etdi
FİFA prezidenti sərt danışdı: "Daha sərt olmalıyıq"
Çeferin növbəti seçkilərdə namizəd olmayacaq
Çeferin yenidən UEFA prezidenti oldu
Çeferin yenidən UEFA prezidenti olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası