"Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik" -Laurentsiu Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik. Topa nəzarət bizdə idi. Topu itirdikdə də dərhal pressinq tətbiq edirdik. Uduzduğumuz son 2 oyunda məhz bu cür məqamlar çatışmırdı. Buna görə də futbolçularla söhbətimiz olmuşdu. Onlara demişdim ki, xarakter göstərmək lazımdır. Komandamızın gücü var və bunu göstərməliyik. Futbolçularımı bu qələbə münasibəti ilə təbrik edirəm. Bu cür davam etməliyik. Təəssüf ki, Azər Əliyev yenidən zədələndi. Bu, uğursuzluq, bəxtsizlikdir. Onun adına üzülürəm. Digər tərəfdən də Azər Salahlı qayıtdı. Əvvəldən Salahlını 75 dəqiqə oynatmaq fikrimiz yox idi. Amma məcburiyyətdən bunu etdik. Vato Arveladze də zədədən qayıdıb və bu gün özünü yaxşı tərəfdən göstərdi. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. İlk edəcəyimiz şey qaçmaq, meydanda mübarizə aparmaqdır. Komanda olmalıyıq. Bundan sonra isə futbolçuların keyfiyyəti gəlir. Bu gün rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Hücumda topu itirsək də, müdafiədəki futbolçularımız lazımi yerdə olub topu yenidən alırdılar. “Sabah”la oyunda bu çatışmırdı”.
Oxşar xəbərlər
"Emin Mahmudov nümunəvi oyunçudur" - Regekampf
Regekampf düşünür ki, onlar yaxşı oynayıb - Mətbuat konfransı
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
“Neftçi”nin baş məşçqisi çempiomludan əlini üzüb: "Vacib olan amil 2-ci yeri tutmaqdır”
“Bu amildən ehtiyatlanmalıyıq” - Laurentsiu Regekampf
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim Tçkayev finalda - Dünya çempionatı
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı














Misli Premyer Liqası