reklam
Cüdo Federasiyası rəsmi saytını təqdim etdi
Sportfm.az xəbər saytı

Cüdo Federasiyası rəsmi saytını təqdim etdi


Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytının təqdimat mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə ACF-in vitse-prezidenti Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın baş katibi Rəşad Rəsullu da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rəsullu hər kəsi Beynəlxalq Cüdo Günü münasibətilə təbrik edib. Saytla bağlı məlumat verən baş katib portalın ən müasir standartlara cavab verdiyini bildirib. Onun sözlərinə görə, əsas yenilik saytda Azərbaycan idmançılarının iştirak etdiyi yarışları canlı izləmək üçün bölmənin açılmasıdır.

Həmçinin, portalda beynəlxalq və yerli turnirlərin təqvimi də əks olunub. Bundan başqa, saytda Azərbaycan həqiqətlərini dünyaya çatdıran hiperlinklər, şəffaflığı təmin etmək məqsədilə federasiyanın daxili sənədləri, lisenziyalaşdırma ilə bağlı vacib məlumatlar yerləşdirilib.

Oxşar xəbərlər

Cüdoçular Bakıda hazırlaşır
Azərbaycan 14 idmançı ilə təmsil olunacaq - SİYAHI
Avropa Cüdo Birliyinə yeni prezident seçildi
Azərbaycan Cüdo Federasiyası təltif edildi - FOTO
Azərbaycan Cüdo Federasiyasında yeni təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər