Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hacıyev dünya çempionatı ilə erkən vidalaşdı
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/16 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.
Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.
Dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq - Dünya çempionatı
Hidayət Heydərov mübarizəyə qoşulacaq - Dünya çempionatı
Səid bürünc medal uğrunda mübarizə aparacaq - Dünya çempionatı
Cüdoçumuz yarımfinalda - Dünya çempionatı
Cüdoçularımız Avropa çempionatı ilə erkən vidalaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası