Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatına test tələbi -Qətər 2022
Qətərdə DÇ-2022-yə sayılı günlər qalmış daha bir sağlamlıq tədbiri ilə əlaqədar tələbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, mundialı canlı izləmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş üçün son 48 saat ərzində götürülmüş koronavirusla bağlı mənfi test nəticəsi təqdim etməli olacaqlar. Azarkeşlər səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir. Lakin bildirilir ki, bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Görüşlər 5 şəhərdəki 8 stadionda oynanılacaq. Mundialın açılış matçında A qrupunda Qətər Ekvadorla üz-üzə gələcək.
Oxşar xəbərlər
Açılış oyunununu izləyənlərin sayı bilindi - DÇ-2022
300 milyard dollar xərclədilər - Dəhşətli rəqəmlər
Dünya çempionatı “Misli”nin baş sponsorluğu ilə yayımlanacaq
DÇ-2022-nin açılışının vaxtı dəyişdirildi
Dünya çempionatının biletləri satışa çıxarıldı - 69 - 220 dollar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası