Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
8-ci beynəlxalq "Baku Open" karate turniri başa çatıb
Yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər arasında 8-ci beynəlxalq "Baku Open" karate turniri başa çatıb.
Təntənəli açılış mərasimini xalq artisti Eyyub Yaqubovla əməkdar artist Xəyyam Mustafazadənin ifaları, eləcə də azyaşlı karateçilərdən ibarət "Ayxan" rəqs qrupunun çıxışı davam etdirib. Karateçilərin nümunəvi çxşlarının ardından böyüklər arasında final görüşləri keçirilib.
14-15 yaşlı yeniyetmələr arasında Fərid Ağayev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Efran Davohdiaman (-63 kq, İran), Sanad Sufyani (-70 kq), Maksim Qayvoronski (+70 kq, Rusiya), qızlardan Fidan Dadaşova (-47 kq), Ayla Rzazadə (-54 kq), Elizaveta Maxnyova (+54 kq, Qazaxıstan), kata yarışlarında Matin Zake (Türkiyə), Anissadat Hoseni (İran) qızıl medala sahib olublar.
16-17 yaşlı gənclərdə Ahmed Alqhamdi (-55 kq, Səudiyyə Ərəbistanı), Mohammed Alassiri (-61 kq, Səudiyyə Ərəbistanı), Mahdi Şahqol (-68 kq, İran), İvan Kemin (-76 kq, Rusiya), Mehdi Babaei (+76 kq, İran), Fidan Teymurova (-48 kq), İnci Əzizova (-53 kq), Atonsa Raraeijo (-59 kq, İran), Negin Yarsedoi (+59 kq, İran), kata çıxışlarında isə Ceyhun İsmayılov və Hasisə Camal çempion olublar
18-20 yaşlı gənclərdə Ülvi Qurbanov (-60 kq), Nüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Elman babayev (+84 kq), Murad hacızadə (+84 kq), Asya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) və Telli Əliyeva (-61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklər arasında Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Səyad Heyətilaleh (-75 kq, İran), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq), qadınlar arasında Aysel Babayeva (-50 kq), İlahə Qasmova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Zeynəb Cabbari (-68 kq, İran) və Fəridə Əliyeva (+68 kq), kata yarışlarında Tural Balcanl və Dorota Balciarova turnirin qalibi olublar.
Veteranların yarışında Siyavuş Bayramov (40 yaşdan yuxarı, kumite) və Nurəddin Əhmədov (40 yaşdan yuxarı, kata) (Rafael Məmmədov (50 yaşdan yuxarı kata) birinci yeri tutublar.
Ənənəvi yarışda Azərbaycandan başqa, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, 10 ölkədən və 40-dək klubdan 489 idmançı iştirak edib. Azərbaycan idmançılarndan sonra daha yaxşı nəticəni İran və Səudiyyə Ərəbistanın karateçiləri qazanıb. Yarış AMKF-in rəsmi internet səhifəsi ilə canlı yaymlanıb.
Turnirin tam nəticələri ilə buradan tanış ola bilərsiniz. Yarışla bağlı hazrlanmış xüsusi fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.
Oxşar xəbərlər
“Baku Open” beynəlxalq turnirində qaliblər müəyyənləşdi - FOTO
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Karateçilərimiz “Turkish Open”də 9 medal qazandı
Komandalarımız Avropa çempionatına yollandı
Karateçilər beynəlxalq turnirdə 13 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası