reklam
Sportfm.az xəbər saytı

"Şəmkirli uşağın" qiymətində fantastik artım


Gürcüstan millisinin "Napoli"da oynayan hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/2023 mövsümünün əvvəlindən əla oyunu ilə diqqət çəkir. 

Sportfm.az xəbər verir ki, bu yay "Napoli"yə keçəndən sonra Xviça İtaliya klubunda 9 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Gürcüstan millisində də uğurla oynayır. Millətlər Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin nəticələrinə görə, Xviça 5 qolla bombardirlər siyahısında üçüncüdür. Gürcü futbolçu bu göstəricidə yalnız hərəyə 6 qol olan Erlinq Haaland (Norveç) və Aleksandar Mitroviçdən (Serbiya) sonra gəlir.

Kvaratsxeliyanın belə parlaq oyunu onun transfer dəyirinə də təsir edib. Onun "Transfermarkt"dakı bazar qiyməti 15 milyon avrodan düz 35 milyon avroya qədər yüksəlib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Şəmkirdə dünyaya gəlib.

Oxşar xəbərlər

Xviça klubunu dəyişmək istəmir - "Napoli"də qalacaq
Kvaratsxeliyaya fantastik təklif - 180 milyon avro
"Napoli" Kvaratsxeliyaya qiymət qoydu - 100 milyondan çox
Gürcü futbolçunun qiyməti 100 milyon avroya qalxdı
Gürcü futbolçu “Napoli”yə keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər