Azərbaycan boksçuları 4 medal qazandı
Azərbaycan boksçuları ABŞ-ın Pueblo şəhərində təşkil olunan beynəlxalq turnirdə daha 3 medal qazanıb.
Sportfm.az xəbər verir ki, 57 kq-da Ümid Rüstəmov çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən idmançı finalda yerli ölkə təmsilçisi Julius Balloilə üz-üzə gəlib. Gərgin keçən döyüş Rüstəmovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Rəqibinə uduzan boksçu ikinci yerlə kifayətlənib.
92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də turniri gümüş medalla bitirib. Dünya çempionatının mükafatçısı finalda Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla bacarmayıb.
Yarışa 6 boksçu ilə qatılan yığma yekunda 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Daha əvvəl Nəbi İsgəndərov (71 kq) 3-cü teri tutmuşdu.
Avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən milli komanda sentyabrın 17-də Bakıya qayıdacaq.
Oxşar xəbərlər
Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
7 boksçumuz “qızıl” qazandı - Beynəlxalq turnir
Boksçularımız beynəlxalq turnirin finalında
Azərbaycan boksçuları beynəlxalq turnirdə birinci oldu - 10 medal
Avropa çempionatında 4 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası