reklam
Türkiyə bayrağının yandırılması ilə bağlı araşdırma başlandı -
Sportfm.az xəbər saytı

Türkiyə bayrağının yandırılması ilə bağlı araşdırma başlandı -UEFA


UEFA "Antverpen"in azarkeşlərinin (Belçika) Konfrans Liqasının pley-off mərhələsində "Başakşehir"lə cavab matçında Türkiyə bayraqlarını yandırmasına görə araşdırma başladıb.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA İstanbul klubuna məlumatında bildirib. Avropanın ali futbol qurumu avqustun 25-də baş verən hadisə ilə əlaqədar lazımi tədbirləri görəcək.

 

"Başahşehir" daha əvvəl UEFA-ya müraciət edərək, araşdırılma başladılmasını istəmişdi: "Aydındır ki, bir millətin bayrağına od vurmaq o ölkənin, o klubun və onun azarkeşlərinin dəyərlərinə qarşı son dərəcə pis bir davranışdır. UEFA-dan ev sahibi komanda ("Antverpen") fanatlarının hərəkətləri ilə bağlı intizam araşdırması başlatmağı qətiyyətlə tələb edirik”.

Qeyd edək ki, "Başakşehir" "Antverpen"ə qalib gələrək (1:1, 3:1) qrup mərhələsinə adlayıb.

Oxşar xəbərlər

UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO
UEFA Türkiyə klubunu cərimələdi - Azarkeşlərə görə
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA Çexiya klubuna qarşı intizam işi açdı
UEFA Rusiya klubunu cəzalandıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər